Xaçmazda keçmiş məhkum narkotiklə yaxalandı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Xaçmazda keçmiş məhkum narkotiklə yaxalandı

Xaçmazda keçmiş məhkum narkotiklə yaxalandı


Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayon sakini - əvvəllər məhkum olunmuş Ravil Rəcəbov şübhəli şəxs qismində saxlanılaraq PŞ-nə gətirilib.

​Saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman əynində olan gödəkcənin sağ yan cibində bir ədəd gümüşü rəngli kağız bükümü aşkar edilərək götürülüb.

Ekspertizaya göndərilən həmin bükülünün 1,165 qram şəkidə narkotik vasitə olan heroin olması barədə rəy verilib.

Faktla bağlı R.Rəcəbov barəsində Xaçmaz RPŞ-nin İB-də cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *