Gəncə polisi “Samuray”ı saxladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Gəncə polisi “Samuray”ı saxladı

Gəncə polisi “Samuray”ı saxladı

Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, “Samuray” ləqəbli, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayan 45 yaşlı Həmid Axundov saxlanılıb.

ARB Kəpəz xəbər verir ki, onun üzərindən 64 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, Axundovun Zülfi Hacıyev küçəsində yerləşən evindən idman çantasının içərisində saxladığı 1565 qram qurudulmuş marixuna, bir ədəd AK-74 modelli avtomat, həmin odlu silaha aid 30 ədəd 5.45 kalibrli patronların olduğu sandıqça aşkar olunub.

Həmid Axundovun barəsində qanunsuz olaraq narkotik vasitə və odlu silah saxlaması faktları üzrə Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 234 və 228-ci maddələri ilə cinayət işi başlanıb.

Kəpəz Rayon Məhkəməsinin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilib.​

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *