Tovuzda atın otlağa bağlanması qohumlar arasına qan saldı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Tovuzda atın otlağa bağlanması qohumlar arasına qan saldı

Tovuzda atın otlağa bağlanması qohumlar arasına qan saldı


Tovuz rayon sakini öz qohumunu güllələyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə Regional Qrupundan Oxu.Az-a verilən xəbərə görə, hadisə atın otlaq sahəsinə bağlanmasına görə baş verib.

Tovuz rayon Abulbəyli kənd sakini, 1993-cü il təvəllüdlü Fuad Rahim oğlu Əliyev özünə məxsus tüfənglə qohumu, 1990-cı il təvəllüdlü Eldəniz Zirəddin oğlu Kərimovu topuğundan güllələyərək, hadisə yerindən qaçıb.

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyatla o tutulub və istintaqa təhvil verilib.

Sağ topuğundan yaralanan E.Kərimov Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *