Polis avtomobilinin iştirakı ilə ölümcül qəza » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Avto

Polis avtomobilinin iştirakı ilə ölümcül qəza

Polis avtomobilinin iştirakı ilə ölümcül qəza


Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, Tovuz rayon Polis Şöbəsinə məxsus “Fiat” markalı post-patrul avtomobili ilə rayonun Azadtəpə kənd sakini, 1992-ci il təvəllüdlü Rəşad Qədimalıyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobil toqquşub.

“VAZ-21011”də olan sərnişin, Tovuz şəhər sakini, 1986-cı il təvəllüdlü Tural Əskərov hadisə yerində ölüb. Ağır bədən xəsarətləri alan sürücü isə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *