Şəmkirdə ağır qəza, ölən var
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Aznews.info-un APA-ya istinadən verdiyi məlumata görə, Bakı-Qazax magistral yolunun 395-ci kilometrliyində, rayonun Seyfəli kəndində Bakı şəhər sakini, Rövşən Məmmədovun idarət etdiyi “Subaru” və Gəncə şəhər sakini Mahir Məmmədovun idrə etdiyi “VAZ2107”markalı avtomobil toqquşub.
Nəticədə “VAZ”-ın sürücüsü ,1962-ci il təvəllüdlü M. Məmmədov hadisə yerində ölüb, sərnişini isə müxtəlif bədən xəsarətləri alaraq, Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Mənbə:> APA