Şəmkirdə dəhşətli qəza: Ölənlər var – YENİLƏNİB » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Şəmkirdə dəhşətli qəza: Ölənlər var – YENİLƏNİB

Şəmkirdə dəhşətli qəza: Ölənlər var – YENİLƏNİB

Daxili İşlər Nazirliyi Şəmkir rayonunun Könüllü kəndində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-nin mətbuat xidmətindən Oxu.Az-a daxil olan məlumatda qeyd olunur ki, iyunun 16-da Könüllü kənd sakini İltizam Həsənovun idarə etdiyi “VAZ 21063” və Kəlbəcər rayon sakini İntiqam Muxtarovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə İ.Həsənov və sərnişinləri - arvadı Həmidə, qızı Xanım, oğlu Ramin, nəvələri Vahid, Röyal və gəlini Aynurə Həsənova, habelə İ.Muxtarov xəstəxanaya yerləşdiriliblər.

Sürücü İ.Həsənov, Həmidə, Xanım və Aynurə orada ölüblər.

23:19 (16.06.2015)

Şəmkir rayonunda “Mercedes” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb.

Oxu.Az xəbər verir ki, Şəmkir Rayon Mərkəzi xəstəxanasından APA-ya verilən məlumata görə, xəsarət alan altı şəxsdən üçü dünyasını dəyişib.

“Mercedes” markalı avtomobilin sürücüsü Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü İntiqam Muxtarov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

İ.Muxtarovun sözlərinə görə, qəzaya səbəb “VAZ 2106” markalı avtomobilin ikinci dərəcəli yoldan anidən magistral yola çıxması olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır

22:59

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Şəmkir rayonu ərazisində “Mercedes” və “VAZ 2106” markalı avtomobilləri toqquşub.

Qəza nəticəsində “VAZ 2106”də olan qadın sərnişin hadisə yerində ölüb. Biri uşaq olmaqla, altı nəfər müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Şəmkirdə dəhşətli qəza: Ölənlər var – YENİLƏNİB

Şəmkirdə dəhşətli qəza: Ölənlər var – YENİLƏNİB

Şəmkirdə dəhşətli qəza: Ölənlər var – YENİLƏNİB

Şəmkirdə dəhşətli qəza: Ölənlər var – YENİLƏNİB

Şəmkirdə dəhşətli qəza: Ölənlər var – YENİLƏNİB

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *