Şəmkirdə dörd nəfər yol qəzasının qurbanı olub » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Avto, Foto

Şəmkirdə dörd nəfər yol qəzasının qurbanı olub – FOTO (YENİLƏNİB)

Şəmkirdə dörd nəfər yol qəzasının qurbanı olub


Şəmkir rayonunda “Mercedes” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb.

AzNews.info xəbər verir ki, Şəmkir Rayon Mərkəzi xəstəxanasından APA-ya verilən məlumata görə, xəsarət alan altı şəxsdən üçü dünyasını dəyişib.

“Mercedes” markalı avtomobilin sürücüsü Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü İntiqam Muxtarov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

İ.Muxtarovun sözlərinə görə, qəzaya səbəb “VAZ 2106” markalı avtomobilin ikinci dərəcəli yoldan anidən magistral yola çıxması olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır

22:59

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.info APA-ya istinadən xəbər verir ki, Şəmkir rayonu ərazisində “Mercedes” və “VAZ 2106” markalı avtomobilləri toqquşub.

Qəza nəticəsində “VAZ 2106”də olan qadın sərnişin hadisə yerində ölüb. Biri uşaq olmaqla, altı nəfər müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Şəmkirdə dörd nəfər yol qəzasının qurbanı olub
Şəmkirdə dörd nəfər yol qəzasının qurbanı olub
Şəmkirdə dörd nəfər yol qəzasının qurbanı olub
Şəmkirdə dörd nəfər yol qəzasının qurbanı olub
Şəmkirdə dörd nəfər yol qəzasının qurbanı olub
Şəmkirdə dörd nəfər yol qəzasının qurbanı olub

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *