Məşhur marketin əməkdaşlarını bıçaqlayan şəxs hakim qarşısında
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda qətl törətməkdə təqsirləndirilən Surxay Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Oxu.Az-ın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı yanvarın 15-nə təyin edilib.
Qeyd edək ki, ötən il iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən “Araz” Supermarketlər Şəbəkəsinin əməkdaşları Vüqar Hüseynzadə və Kənan Səlimov bıçaqlanıb. Nəticədə, V.Hüseynzadə dünyasını dəyişib, K.Səlimov isə xəstəxanaya yerləşdirilib.
Mənbə:> Oxu.Az