Bakıda bank əməkdaşı əmanətçinin yarım milyon dollarını “aparmaq” istədi
Bakı Ağır Cinayətlər Məhkəməsində bankdan əmanətçinin külli miqdarda pulunu öz kartına köçürüb oğurlamaqda ittiham olunan Eldar Vəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Virtualaz.org-un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxışı dekabrın 4-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabrında baş verib. E.Vəliyev paytaxtın Nərimanov rayonu ərazisində yerləşən banklardan birində əmanətçinin hesabından 425 min 77 dollar pulu öz kartına köçürüb. Pulları mənimsədikdən sonra ölkədən çıxmağa cəhd edən E.Vəliyev həbs edilib.
Xatırladaq ki, E.Vəliyev bankın texnoloji proseslər şöbəsində baş ekspert vəzifəsində çalışıb.
Mənbə:> Virtualaz.org