“Kitayski” dollar satanlar məhkəmədə ifadə verdi » AzNews.info -Xəbər portalı

“Kitayski” dollar satanlar məhkəmədə ifadə verdi

“Kitayski” dollar satanlar məhkəmədə ifadə verdi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul satmaqda təqsirləndirilən Çin Xalq Respublikasının vətəndaşları Chen Meng Lin, Lin Zhi Fanq və Rusiya Federasiyası vətəndaşı Məhəmmədrəsul Rəsulovun cinayət işi üzrə məhkəmənin prosesi keçirilib.

Oxu.Az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

Elan olunmuş ittiham üzrə hər üç şəxs özünü təqsirli bilmədiyini deyib.

Sonra şahid qismində “Rabitə Bank”ın “Yasamal” filialının əməkdaşı Elvin Binyətov ifadə verib. O deyib ki, hadisə zamanı həmin şəxslərdən Məhəmmədrəsul Rəsulov banka yaxınlaşıb ABŞ dolları verib:

“Digər şəxslər isə ondan əvvəl banka daxil olub, sonra çölə çıxmışdı. Kassada pullar yoxlanılan zaman saxta olduğu məlum oldu. Biz də akt tərtib edib, aidiyyəti quruma məlumat verdik”.

“Rabitə Bank”ın “Yasamal” filialının xəzinadarı Elçin İbrahimov da ifadəsində M.Rəsulovun kartına 20 min dollar köçürmək istəyi ilə bağlı banka gəldiyini deyib:

“Pulların üzünə baxanda da saxta olduğu bilinirdi. Lakin onun təqdim etdiyi dollar 18 min 900 idi. Dollarların saxta olduğunu Rəsula deyəndə pulların ona məxsus olmadığını bildirdi. Çin vətəndaşları isə bankdan kənarda dayanmışdı”.

Məhkəmə iclası oktyabrın 23-də davam etdiriləcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *