Bakıda saxta turpaketlər satan qadın həbs edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Bakıda saxta turpaketlər satan qadın həbs edildi

Bakıda saxta turpaketlər satan qadın həbs edildi


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən 1981-ci il təvəllüdlü Şıxıyeva Günel Oqtay qızının cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Oxu.Az-ın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, G. Şıxıyeva 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, məhkəmə iclas zalında həbs olunub.

Qeyd edək ki, təqsirləndirilən Günel Şıxıyeva səkkiz nəfər zərərçəkmiş şəxsdən xarici ölkələrə, xüsusən də Sinqapura turizm səfəri təşkil etmək adı ilə pul alıb.

Aldığı pulun qarşılığında hətta müştərilərə təyyarə biletləri də satan Günel Şıxıyevanın əməlləri elə hava limanında üzə çıxıb. Günel Şıxıyevadan turizm paketini alan müştəri hava limanına çatan zaman təyyarə biletinin saxta olduğunu öyrənib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *