Bakıda iş adamı 9 il müddətinə həbs olunub
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan iş adamı Ceyhun Canıyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org-un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, C. Canıyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı C.Canıyevin 10 il azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, iş adamı Ceyhun Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla onlardan külli miqdarda pul alıb. O, ümumilikdə 12 milyon dollar mənimsəməkdə təqsirləndirilir. O, ittihamlarala özünü təqsirli bilməyib.
Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Zərərçəkmiş şəxslərdən biri iş adamı Zabir Əliyevdir.
Mənbə:> Virtualaz.org