Dövlət məmuruna 194 min manat “atmış” şəxs məhkəmə zalında azad olundu
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Ayaz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Ayaz Məhərrəmov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri ləğv olunub və məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, iş üzrə zərərçəkmiş qismində Ramin Babayev və onun həyat yoldaşı Fərqanə Babayeva tanınıb. F.Babayeva və R.Babayev iş qurmaq adı ilə A.Paşayev və A.Məhərrəmova 194 min manat veriblər. A.Paşayev pulu götürüb Türkiyəyə qaçıb. A.Məhərrəmov iş üzrə məsuliyyətə cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, Ramin Babayev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsində rəhbər vəzifədə çalışıb.
Mənbə:> Virtualaz.org