200 nəfərə qarşı dələduzluq etmiş qadın məhkəmə zalında həbs olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

200 nəfərə qarşı dələduzluq etmiş qadın məhkəmə zalında həbs olundu

200 nəfərə qarşı dələduzluq etmiş qadın məhkəmə zalında həbs olundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Dürrə İsmayılovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, D.İsmayılova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Xatırladaq ki, dövlət ittihamçısı D.İsmayılovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, Xətai rayonu ərazisində lombard fəaliyyəti ilə məşqul olan Dürrə İsmayılova dələduzluq nəticəsində insanların onun işlətdiyi lombarda girov qoyduğu əmlakı mənimsəyib.

D.İsmayılova lombard fəaliyyəti ilə məşqul olduğu müddətdə vətəndaşlara ümumilikdə 300 min manatdan artıq maddi ziyan vurub. Onun əməlindən 200 nəfər zərər çəkib.

İstintaq dövründə D.İsmayılovanın barəsində həbs qətimkan tədbiri seçilməyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *