Bakı sakini azyaşlını daşla öldürmək istədi...
Bakı Ağır Cinayətlər Məhkəməsində 7 yaşlı uşağı öldürməyə cəhddə ittiham olunan Mövsüm Bağırovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Virtualaz.org-un xəbərinə görə, prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə, Mövsüm Bağırov hadisəni anlaqsız vəziyyətdə törədib. M.Bağırovun barəsində yenidən tibbi eskpertiza təyin edilib.
Məhkəmə prosesi qeyri -müəyyən vaxta qədər təxirə salınıb.
Qeyd edək ki, hadisə bu il paytaxtın Xəzər rayonunda qeydə alınıb. 1998-ci il təvəllüdlü Mövsüm Bağırov qonşuluqda yaşayan 7 yaşlı uşağın başına daş çırparaq onu öldürmək istəyib. Yaralı azyaşlı xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. Hadisəyə səbəb uşağın Mövsüm Bağırovun üzərinə pirotexniki maddə atması olub.
Polis əməkdaşları tərəfindən saxlanılan M.Bağırova Cinayət Məcəlləsinin 29.120-ci maddəsi (adam öldürməyə cəhd) ilə ittiham irəli sürülüb.
Mənbə:> Virtualaz.org