İki qardaşı Bakıda qul kimi işlədənlərə şərti cəza verildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

İki qardaşı Bakıda qul kimi işlədənlərə şərti cəza verildi

İki qardaşı Bakıda qul kimi işlədənlərə şərti cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində uzun illər Azərbaycanda yaşlı qardaşları istismar etməkdə və insan alverində ittiham olunan Tofiq Rzayev və onun qardaşı oğlu Vüqar Rzayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Eldar İsmayılovun sədrlik edib. Məhkəmə T.Rzayev barəsində 8 il, V.Rzayev barəsində isə 7 il 6 ay cəza təyin edib. Hökmə əsasən, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onlara təyin olunmuş cəza 2 il sınaq müddəti olmaqla şərti hesab edilib.

İttihama görə, Rzayevlər 2000-ci ildən etibarən yaşı 60-ı ötmüş Aleksandr və İqor Kolesnikov qardaşlarına hədə-qorxu gələrək onları Xəzər rayonunda yerləşən donuz kökəltmə fermasında məcburi şəkildə işlədiblər. Hər iki şəxs 2016-cı il aprel ayının 28-də Daxili İşlər Nazirliyinin İnsan Alveri qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onların barəsində polis nəzarətində qətimkan tədbiri seçilib.

T.Rzayev və V.Rzayevə Cinayət Məcəlləsinin 144-2-ci (insan alveri və istismarı, məcburi əmək) maddəsi ilə ittiham verilib.

Məhkəmə iclasında İ.Kolesnikov təqsirləndirilən şəxslərin onları zorla işlətdiklərini, ac saxladıqlarını, döydüklərini deyib.

Təqsirləndirilən şəxslər isə onlara qarşı irəli sürülən ittihamla razılaşmayıblar.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *