Qatil türkiyəli qızları öldürüb, iki gün cəsədlərlə qalıb » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Dünya

Qatil türkiyəli qızları öldürüb, iki gün cəsədlərlə qalıb – YENİLƏNİB

Qatil türkiyəli qızları öldürüb, iki gün cəsədlərlə qalıb


Ukraynanın Xarkov şəhərində yaşadıqları evdə meyitləri tapılan türkiyəli iki qızın qatili Türkiyə polisi tərəfindən saxlanılıb.

Oxu.Az xəbər verir ki, Buket Yıldız və Zeynəb Hüsünbeyin qətlində şübhəli bilinən Hüsnü Can İstanbuldakı Pendik Kurtköy məzarlığında yaxalanıb.

Onun üzərindən tapança və bıçaq tapılıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım mərhum Zeynəb Hüsünbeyin İzmirdə yaşayan ailəsini ziyarət edib, onlara başsağlığı verib.

15:20

Ukraynanın Xarkov şəhərində 20 və 22 yaşlarında olan Türkiyə vətəndaşları iki tələbə qızın başları kəsilərək qətlə yetirilməsi ilə bağlı yeni detallar üzə çıxıb.

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Buket Yıldız və Zeynəb Hüsünbeyini öldürən şəxsin kimliyi açıqlanıb.

Qatil Yıldızın keçmiş sevgilisi, “Rinkov” kimi tanınan qətl şübhəlisi Hüsnü Can Ç. adlı şəxsdir.

Sosial şəbəkədə Yıldızla Hüsnünün birlikdə olan zaman çəkilən fotoları paylaşılıb:



O, yanvarın 2-si səhər saatlarında Yıldızın evdə olmamasından istifadə edərək, onların yaşadığı mənzilə daxil olub. Buket Yıldız evə gələn zaman qatil onu öldürüb. Daha sonra şahid saxlamamaq üçün evdə gözləyib və Zeynəb Hüsünbeyini də qətlə yetirib.

Hüsnü Can qətli törətdikdən sonra iki gün cəsədlərin yanında qalıb və yanvarın 3-ü axşam saatlarında Türkiyəyə qayıdıb.

Polis şübhəli şəxsin sosial media hesabını araşdıran zaman onun “Criminal Case” video-oyunu ilə maraqlandığını aşkarlayıb.

Hüquq-mühafizə orqanları həmin şəxsin axtarışlarına başlayıb.

Xatırladaq ki, qatil əvvəlcə qızları bıçaqlayıb, daha sonra isə başlarını kəsib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *