Ukraynada öldürülən tələbə qızlar türk yox, azərbaycanlı imiş... » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Ukraynada öldürülən tələbə qızlar türk yox, azərbaycanlı imiş...

Ukraynada öldürülən tələbə qızlar türk yox, azərbaycanlı imiş...

Ukraynanın Xarkov şəhərində Türkiyə vətəndaşları olan və meyitləri tapılan qızların azərbaycanlı olduqları bildirilir.

“Report” xatırladır ki, Xarkovdakı universitetlərdən birində təhsil alan ikinci kurs tələbələri Zeynəb və Buketin meyitləri müvəqqəti yaşadıqları evdə tapılıb.

Polis ilkin baxışda meyitlərin üzərində zərbə izləri aşkar edib. Hazırda araşdırma aparılır.

Məlumata görə, qızlar əslən Azərbaycanın Yevlax rayonundan olsalar da, Türkiyənin İğdır vilayətinin sakinləri olublar.

Qeyd edək ki, son illər Ukraynada bir neçə azərbaycanlı güllələnib, 20-dən çox azərbaycanlının isə oğurlanması faktı qeydə alınıb...

* * *16:00

Ukraynanın Xarkov şəhərində boğazları kəsilən Türk tələbələrlə bağlı yeni detallar ortaya çıxıb.

Aznews.az xəbər verir ki, tibb fakültəsində oxuyan 22 yaşlı Buket Kim və 20 yaşlı Zeynep Hüsünbeyindən dostları 3 gün xəbər ala bilməyib.

Bunun ardından 19 yaşlı oğlan polisə zəng edərək dostlarından 3 gündür xəbər almadığını bildirib.

Polisin sözçüsü Olga Grabar məlumatın onlara saat 09:30 radələrində gəldiyini bildirib.

Polis izmirli qızların yaşadığı evə gələndə onları bıçaqlanmış və boğazları kəsilmiş halda tapıb.

Ukrayna mediasında çıxan xəbərlərə görə, tələbələrdən biri hadisədən öncə ailəsinə Türk vətəndaşı olan keçmiş sevgilisinin onu izlədiyini deyib.

Cəsədlərin tapıldığı kirayə evin sahibinin isə qurbanlardan birinin keçmiş sevgilisi olduğu iddiası irəli sürülüb.

Amma bir başqa iddia ev sahibinin ərəb olmasıdır. Abdel Taysir el Madaninin anası bir neçə həftə əvvəl eyni binadakı başqa bir mənzildə vəhşicəsinə öldürülüb.

Polis kimliyi hələ açıqlanmayan ev sahibinin ifadəsini almağı düşünür.
Ukraynada öldürülən tələbə qızlar türk yox, azərbaycanlı imiş...
Ukraynada öldürülən tələbə qızlar türk yox, azərbaycanlı imiş...
Ukraynada öldürülən tələbə qızlar türk yox, azərbaycanlı imiş...

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *