Ukraynada azərbaycanlı biznesmen öldürüldü » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Ukraynada azərbaycanlı biznesmen öldürüldü

Ukraynada azərbaycanlı biznesmen öldürüldü

Ukraynanın Luqansk vilayətində fermer fəaliyyəti ilə məşğul olan azərbaycanlı biznesmen Səməndər Quliyev öldürülüb.

"Report"un məlumatına görə, onun meyiti yerli sakinlər tərəfindən vilayətin Popasnyanskiy rayonunun Ustinovka kəndi yaxınlığında, avtomobilində aşkarlanıb. Onun boynunda boğulma izləri olduğu bildirilib.

Azərbaycanlı biznesmen Popasnyanskiydə dəfn olunub.

Əslən Kürdəmir rayonundan olan 1969-cu il təvəllüdlü Quliyev Səməndər Qulu oğlu uzun illərdir Luqanskda yaşayırmış və rayon ərazisində xeyli torpaq sahəsinə, heyvandarlıq təsərrüfatına sahib imiş.

Xatırladaq ki, Luqansk vilayətinin Popasnyanskiy rayonu Ukraynanın nəzarətindəndir və döyüş bölgəsindən kənardır.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *