Türkiyədə azərbaycanlının şübhəli ölümü
Türkiyədə azərbaycanlı məlum olmayan səbəblərdən dünyasını dəyişib.
ANS PRESS-in məlumatına görə, İzmir vilayətinin mərkəzində yerləşən Buca mahalında bir azərbaycanlı öz evində ölü tapılıb.
Göksu məhəlləsindəki evində ölü tapılan 47 yaşlı Şahin Mehdiyev Azərbaycan əsilli türk vətəndaşı olub. Onun həyat yoldaşı və qonşuları Mehdiyevi huşsuz görüb dərhal polis çağırıblar.
Polis gələrkən onun qollarında kəsik olduğunu və artıq öldüyünü müəyyən edib.
Hadisə yerində araşdırma aparılandan sonra Şahin Mehdiyevin cəsədi tibbi ekspertizaya aparılıb.
Mənbə:> ANSPRESS