Şirkət rəhbərindən xəbərsiz mərmər satan: “Aramızda 14 min 800 manat pul qalıb” » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Şirkət rəhbərindən xəbərsiz mərmər satan: “Aramızda 14 min 800 manat pul qalıb”

Şirkət rəhbərindən xəbərsiz mərmər satan: “Aramızda 14 min 800 manat pul qalıb”

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə ittiham olunan Bayram Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org-un xəbərinə xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, "Vedişiraz" MMC-nin məsul şəxsi B.Əliyev şirkətin 56 min 900 manat pulunu mənimsəyib. O, şirkətin anbarında olan mərmər daşları satıb və pulu adıçəkilən MMC-nin rəhbərliyinə verməyib.

Təqsirləndirilən B.Əliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində məbləğin ittihamda qeyd edildiyi qədər olmadığını məhkəmənin diqqətinə çatdırıb: "Aramızda 14 min 800 manat pul qalıb. Onu da şirkət rəhbərinin evində iş görüb, həll etmişəm. Rusiyadan mərmər daşları gətirmişdik, onu satıb, pulu da Əliheydər müəllimə vermişəm. Səhvim isə odur ki, pulu rəhbərliyə verəndə qəbzlər almamışam. Əliheydər müəllimə 69 min manat pul ödəmişəm. Artıq məsələ aramızda həll olunub".

Daha sonra "Vedişiraz" MMC-nin rəhbəri Əliheydər Heydərli şahid qismində dindirilib. O, Rusiyadan mərmər daşlarının alınması üçün 55 min dollar pul ödədiyini bildirib: "Daşlar gələndən sonra bir qisimi satılmadı. Bayram da onları bir neçə sexə payladı. Guya satıb, pulu gətirəcəkdi.

Amma bunu etmədi".

Ə.Heydərli təqsirləndirilən şəxsi bağışlayacağını, ondan şikayətçi olmayacağını söyləyib.

Hakim şirkət rəhbərinə xatırladıb ki, cinayət işində adı şahid qismində keçdiyi üçün təqsirləndirilənşəxsi bağışlaya bilməz.

Ə.Heydərli isə söyləyib ki, şirkətin nümayəndəsi bu barədə məhkəməyə ərizə təqdim edəcək.

Məhkəmənin növbəti iclası yanvarın 11-nə təyin edilib.

Qeyd edək ki, B.Əliyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külıi miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *