Alimenti ödəyə bilmədi, qayınatasını öldürdü » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Alimenti ödəyə bilmədi, qayınatasını öldürdü

Alimenti ödəyə bilmədi, qayınatasını öldürdü

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Samir Şabanovun cinayət işi üzrə məhkəmə proseis keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən S.Şabanov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, qətl hadisəsindən bir neçə il əvvəl həyat yoldaşından rəsmi qaydada ayrılıb. Lakin alimenti ödəyə bilməyib: "Aliment 6 min manat olmuşdu. Məndən şikayət etdilər. Sonra məni məhkəmə icra şöbəsindən çağırdılar. Orada mərhumla aramızda mübahisə oldu. Evə qayıtdıq, axşam tərəfi isə Hətəm Şabanovla yenidən mübahisə etdik. Sonra onu öldürdüm".

Məhkəmə noyabrın 13-də davam edəcək.

Qeyd edək ki, hadisə bu il aprelin 21-də Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini S.Şabanov keçmiş qayınatasını küt alətlə qətlə yetirib.

S.Şabanov bir neçə il əvvəl atasının əmisi nəvəsi ilə ailə həyatı qurub, lakin sonra onların münasibəti pozulub və o, arvadından boşanıb. Keçmiş qohumlar arasında gərgin münasibət davam edib. S.Şabanov alimentin düzgün hesablanmamasını, qarşı tərəf isə onun övladına görə təyin edilmiş vəsaiti vaxtında ödəmədiyini bildirib. Buna görə, də tərəflər arasında narazılıq yaranıb.
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *