"Telefonda başqası ilə danışırdı, sosial şəbəkədə də yazışırdı..." » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

"Telefonda başqası ilə danışırdı, sosial şəbəkədə də yazışırdı..."

"Telefonda başqası ilə danışırdı, sosial şəbəkədə də yazışırdı..."

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını yandıraraq öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.Elan olunmuş ittiham üzrə M.Müzəffərov özünü təqsirli bildiyini deyib.

O, sərbəst ifadəsində söyləyib ki, keçmiş arvadı başqa şəxslə telefonda danışıb, ona xəyanət edib: "Sosial şəbəkədə də kiminləsə danışırdı. Araşdırdım və həmin adamı da tapdım. Sonra boşanmaq üçün məhkəməyə müraciət etdim və boşandıq. Onu öldürmək istəmirdim. Bildirdim ki, "məndən uzaq ol". O, rayondan çıxıb, Bakıya qohumu evinə gəldi. Lakin bir yerdə dayana bilmirdim. Fikirləşdim ki, gedib onunla danışım və niyə belə etdiyini soruşum".

M.Müzəffərov qeyd edib ki, benzin alıb, keçmiş arvadının işlədiyi mağazaya gedib: "İstəyirdim ki, benzini onun üzərinə töküm və sifəti yanıb, tanınmaz hala düşsün. Mağazaya girib benzini üzünə tökdüm və onu yandırdım. Həmin zaman polisin gələcəyini düşündüm və oradan uzaqlaşdım".

Məhkəmədə elan olunub ki, M.Müzəffərov həyat yoldaşından boşanandan sonra bir müddət aliment ödəməyib.

O, ifadəsinin davamında keçmiş həyat yoldaşını boşanandan sonra döydüyünü də bildirib: "Bir qədər keçəndən sonra o, uşağı da götürüb qaçdı".

Qeyd edək ki, hadisə bu il aprel ayında Bakının "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən "Manat Shop" mağazada baş verib.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *