”Atrabank”ın sabiq sədri: “Çoxlu mülklərim var, satın, ödənilsin” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

”Atrabank”ın sabiq sədri: “Çoxlu mülklərim var, satın, ödənilsin”

”Atrabank”ın sabiq sədri: “Çoxlu mülklərim var, satın, ödənilsin”

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə ittiham olunan “Atrabank” ASC-nin idarə heyətinin sabiq sədri Elmixan Nəbiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə zərərçəkmişin nümayəndəsi Tural Əmənov mülki iddia qaldırıb. Məhkəmə mülki iddianı təmin edib.

Ona qarşı irəli sürülən ittihamlarla özünü təqsirli bilməyən Elmixan Nəbiyev ifadəsində heç bir qanun pozuntusuna yol vermədiyini göstərib: “Bank bağlandıqdan sonra barəmdə ittiham irəli sürüldü ki, guya yeyinti etmişəm. Bankın səhmlərinin 99,3 faizi mənimdir. Mən necə pul mənimsəyə bilərəm? Bu gün bankdan alacağım 92 milyondur, verəcəyim isə 16 milyon. Bu necə olur? Kimin pulunu yemişəmsə, gəlib desinlər”.

23 il adıçəkilən bankda işlədiyini deyən E.Nəbiyev qazancından həmişə kasıb insanlara yardım etdiyini bildirib.

E.Nəbiyev cinayət işi üzrə zərərçəkmiş qismində tanınan İlham Nağıyevin pulunu mənimsəmədiyini söyləyib:”Demirsiniz ki, pul mənimsəmişəm? Çoxlu mülklərim var, satın, ödənilsin. Məni niyə həbs etmisiniz?”

Xatırladaq ki, E.Nəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda tərədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan olunur.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 3 may 2018 18:51
  • Yazan: Ilbiz

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *