11 yaşlı uşaq intihar etdi
Sivasın Yukarıçakmak kəndində 11 yaşlı Emirhan Ç.-nin axırda cəsədi tapılıb.
Big.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cəsəd övladlarını axtaran Sevim-Halit Ç. cütlüyünə təhvil verilib.
Əmirxan 5-ci sinifdə oxuyurmuş. Əkiz qardaşı axırda Emirhanın meyitini ipdən asılı halda tapıb. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Əmirxanın valideynlərinin boşandığı, anasının Balıkesirdə yaşadığı məlum olub. Atası Halit Ç. isə boşandıqdan sonra yenidən evlənib. İlk evliliyindən 2, ikinci evliliyindən 3 uşağı olduğu bildirilir.
Əmirxanın intiharı ilə bağlı araşdırma aparılır.
Mənbə:> Big.az