İsmayıllıda 3 uşaq atası intihar etdi
İsmayıllı rayonunda intihar hadisəsi baş verib.
Aznews.info xəbər verir ki, Lent.az-ın məlumatına görə, rayonun Cülyan kənd sakini, 1965-ci il təvəllüdlü Bəbirov Çingiz Sidqi oğlu yaşadığı evdə kimyəvi məhlul içib.
Ç.Bəbirov qohumlarının köməkliyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ç.Bəbirov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, ali təhsilli stomotoloq olan Ç.Bəbirov 3 uşaq atasıdır. O, evində nitrat turşusu içib və kəskin zəhərlənmə nəticəsində vəfat edib.
Mənbə:> Lent.az