11 yaşlı qıza elektroşok tətbiq etdi
ABŞ-ın Ohayo ştatının Tsintsinnati şəhərində polis mağazadan oğurluq etməkdə şübhəli bilinən 11 yaşlı qıza qarşı elektroşok silahından istifadə edib.
AzNews.info Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı “The Independent” nəşri məlumat yayıb.
Mağaza mühafizəçisi oğurluq etməkdə şübhəli bilinən məktəblilərə qarşı hərəkətə keçib. O, qıza yaxınlaşanda məktəbli çıxışa doğru gedib. Bu zaman kişi üzərindəki elektroşok silahından istifadə edib.
Hadisədən sonra qız xəstəxanaya yerləşdirilib və qəyyumlarına təhvil verilib. Məktəbli qız oğurluqda ittiham olunur.
Məktəblinin anası hesab edir ki, həmin şəxsin hüquq-mühafizə orqanlarında yeri yoxdur:
“Siz qaça bilmirsinizsə, polisdən getməlisiniz. Əgər siz 11 yaşlı qızla bacarmırsınızsa, həqiqətən, getməlisiniz”, – o deyib.
Mənbə:> Oxu.Az