Bakıda liftdə yeniyetmə qıza təcavüz olunub » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

Bakıda liftdə yeniyetmə qıza təcavüz olunub

Bakıda liftdə yeniyetmə qıza təcavüz olunub

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinən 30 yaşlı kişini axtarırlar.

Bakı şəhər Baş polis İdarəsindən “Sputnik Azərbaycan”a verilən məlumatda bildirilir ki, seksual xarakterli cinayətin qurbanı 12 yaşlı qız olub.

Naxçıvan küçəsində yaşayan qız aprelin 9-da saat 19:00 radələrində öz binalarında liftə girib. Onunla birlikdə liftə daxil olan naməlum şəxs qızı soyundurmağa çalışıb və eyni vaxtda ona qarşı seksual xarakterli hərəkətlər edib. Yeniyetmə cinayətkarın əlindən çıxıb qaça bilib.

Polisə şikayət ərizəsi ilə qızın anası müraciət edib. Faktla bağlı araşdırma aparılır.

Mənbə: Sputnik Azərbaycan
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *