Yol qəzasında öldüyü deyilən xanəndənin qətlə yetirildiyi məlum oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Maqazin

Yol qəzasında öldüyü deyilən xanəndənin qətlə yetirildiyi məlum oldu

Yol qəzasında öldüyü deyilən xanəndənin qətlə yetirildiyi məlum oldu


Bərdə rayonunda yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadənin qətlə yetirildiyi məlum olub.

AzNews.info bildirir ki, Bərdə Rayon Prokurorluğundan “Report”un Qarabağ bürosuna verilən məlumata görə, ona 14 bıçaq zərbəsi vurulub.

Hazırda hadisənin törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Eyni zamanda “Mercedes” markalı avtomobilin sahibi olan digər xanəndə Novruz Hüseynov isə orada olmayıb və hazırda onun da axtarışları aparılır.

Faktla bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, hər iki şəxs 2015-ci ildə təşkil edilən “Televiziya Muğam Müsabiqəsi”nin iştirakçıları olublar.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *