İntihar etdiyi deyilən şəxsin öldürüldüyü məlum oldu – FOTO
Bakıda intihar etdiyi bildirilən şəxsin qətlə yetirildiyi məlum olub.
Aznews.info musavat.com-a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Muğanlinski Teymur Fərrux oğlu oktyabrın 17-də dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Ceyhun Hacıbəyli küçəsi 2, mənzil 13-də onun sol döş qəfəsinə bıçaqla xəsarət yetirilib. T.Muğanlinskini xəstəxanaya arvadı çatdırıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, Teymur Muğanlinskinin ölümü ilə bağlı ilk olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Daha sonra isə onun öldürüldüyü üzə çıxıb.
Mənbə:> Musavat.com