İndira Qandi aerportunda 5 Azərbaycan vətəndaşı həbs edildi
Hindistanın paytaxtı Dehlinin İndira Qandi Beynəlxalq Aeroportunda 5 Azərbaycan vətəndaşı həbs edilib. Virtualaz.org Hindistan mənbələrinə istinadən xəbər verir ki, onlar qızıl qaçaqmalçılığında ittiham olunur.
Aeroportun gömrük komissarı Anubha Sinha bildirib ki, həbs edilənlərin 3-ü qadındır. Onların üzərindən 2,5 kiloqrama yaxın qızıl məmulatları aşkarlanıb. Saxlanılanlar qızılı gömrükdən gizlətməklə aerportdan keçirmək istəyiblər.
Mənbə:> Virtualaz.org