Azərbaycandan Rusiyaya qanunsuz yüklərin daşındığı aşkarlanıb » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Azərbaycandan Rusiyaya qanunsuz yüklərin daşındığı aşkarlanıb

Azərbaycandan Rusiyaya qanunsuz yüklərin daşındığı aşkarlanıb


Vnukovo hava limanının gömrük hissə müdiri Vyaçeslav Laçkix 2 aylığına həbs edilib. O, Azərbaycan və Türkiyədən gətirilən yüklərin Rusiyaya qanunsuz buraxılmasında ittiham olunur.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Moskvanın Meşanskiy rayon məhkəməsi iyul ayın 4-nə kimi Vnukova hava limanının gömrük hissə müdirini həbs edib. Vyaçeslav Laçkixin vəzifə səlahiyətlərini aşmaqda ittiham olunduğu deyilib.


İstintaqın gəldiyi nəticəyə görə, Azərbaycan və Türkiyə vətəndaşları gömrük işçiləri ilə əlbir şəkildə qanunsuz yük daşımalarıyla məşğul olub. Onlar əl işləri adıyla müxtəlif kommersiya məmulatlarını Rusiya ərazisinə keçirməyə müvəffəq olublar. İstintaq bu pozuntuların 2 - 5 il arasında baş verdiyini müəyyən edib. Bu vaxt ərzində 30-dan artıq məmulatın daşındığı qeyd olunub.

Martda 16 nəfərdən ibarət qrup şübhəli bilinərək həbs olunub. Dəstə üzvlərinin dediyinə görə, onların hava limanının gömrük işçiləriylə əvvəldən razılıqları olub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *