Azərbaycan - Rusiya sərhəddində izdiham » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycan - Rusiya sərhəddində izdiham – FOTO

Azərbaycan - Rusiya sərhəddində izdiham


Bu gün saat 12 radələrindən etibarən Samur gömrük postundan Rusiya Federasiyasına gedənlərin böyük izdihamı müşahidə olunub.

AzNews.info xəbər verir ki, Samur gömrük postunu keçərək Rusiyaya getmək istəyən vətandaşlardan biri Fərid Mütəllimovun ANS PRESS-ə verdiyi məlumata görə, hal-hazırda Samur gömrük postundan insanlar bir-bir yoxlanıldıqdan sonra buraxılır.

Maşınlar isə tam sərbəst şəkildə problemsiz buraxılır. Buna görə də gömrükdə sıxlıq yaranıb.

Samur gömrük postunun rəis müavini Cavid Nadirovun ANS PRESS-ə verdiyi məlumata görə, keçid buraxılış məntəqəsində yaranan sıxlıqa səbəb Gürcüstan sərhəddindəki postda baş vermiş qar uçqunudur.

Buna görə, o istiqamətdə olan bütün nəqliyyat vasitələri və vətəndaşlar Samur postuna üz tutublar. Bu səbəbdən Samur gömrük postunda insan sıxlığı müşahidə olunur.

Samur gömrük postunun rəis müavini Cavid Nadirovun sözlərinə görə, yaxın saatlarda bütün sıxlıq tamamı ilə aradan qaldırılacaq.

Qeyd edək ki, səhər saatlarında daha çox izdihamın yaşandığı sərhəd-buraxılış məntəqəsində axşam saatlarında da davam etydiyi bildirilib.

Azərbaycan - Rusiya sərhəddində izdiham

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *