Moskva hava limanının xadiməçisi İŞİD üzvü çıxdı » AzNews.info -Xəbər portalı

Moskva hava limanının xadiməçisi İŞİD üzvü çıxdı – VİDEO

Moskva hava limanının xadiməçisi İŞİD üzvü çıxdı


Rusiyanın xüsusi xidmət orqanları Moskva hava limanlarının, əsasən də Vnukovo aeroportunun bütün əməkdaşlarının kütləvi yoxlanmasına başlayıblar.

Oxu.Az Life-a istinadən xəbər verir ki, Moskvada Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları terrorçu təşkilatla əlaqələri olan qadını ələ keçiriblər.

Yoxlamadan sonra məlum olub ki, Səidə K. bu yaxınlara qədər “Vnukovo”da xadimə kimi çalışıb və hava limanının bir çox hissələrinə giriş-çıxış imkanı olub.

“Səidə K., onun rəfiqəsi və iki tanışı saxlanılıb, onlara qarşı Rusiya CM 205-ci maddəsi üzrə, “terror fəaliyyətinə vasitəçilik” ittihamı irəli sürülüb. Saxlanılan dörd nəfər iş yerində həmkarları arasında İŞİD-in təbliğatının aparılmasında və təşkilata üzv toplamaqda da günahlandırılırlar", - hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Hazırda təhlükəsizlik xidmətinin əməkdaşları saxlanılan qadının terrorçular tərəfindən terror aktının həyata keçirilməsi üçün istifadə edilib-edilməməsi ehtimalını nəzərdən keçirirlər.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *