“Qızıl Məryəm”in bacısı da həbs edildi - İLGİNC FAKTLAR
Fəxriyyə də şübhəli şəxs qismində saxlanılıb.
Bütün ölkədə gündəm yaradan “Jewellery” zinət əşyaları mağazasının sahibi Namet-zadə Məryam Tofiq qızının ölümü ilə bağlı daha bir nəfər həbs edilib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, sözügedən qətllə bağlı tutulan dördüncü şəxs mərhumun bacısı, Fəxriyyə adlı qadındır. O, bu gün səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Onun bir neçə gün öncə anasının ölümündə günahlandırılaraq həbs edilən Günel Hüseynovanın ifadəsi əsasında tutulduğu qeyd edilir. Belə ki, Məryam Namet-zadənin qızı anasının ölümündə xalasının da əli olduğunu bildirib.
Mənbə:> Qafqazinfo.az