Bacısı qızını “doğrayan” dayı tutuldu
Bir neçə gün öncə Xəzər rayonunda 19 yaşlı bacısı qızını bıçaqlayan şəxs saxlanılıb.
AzNews.info xəbər verir ki, Bakı şəhər BPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, 42 yaşlı dayı aprelin 17-də saat 14:20 radələrində Buzovna qəsəbəsi Naxçıvani küçəsində yerləşən evdə bacısı qızı Nigar Məlikliyə çoxsaylı bıçaq zərbəsi vurub.
Ailədaxili məsələ ilə bağlı öncə aralarında yaranan mübahisə sonda qətllə tamamlanıb. Yaralı olan Nigar Məlikli yerləşdirildiyi xəstəxanada vəfat edib.
Hadisəni törədən 1973-cü il təvəllüdlü Vamiq Vaqif oğlu Aslanov dünən həbs edilib.
Mənbə:> Qafqazinfo.az