Belarusda miqrantları daşıyan azərbaycanlı tutulub » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Video

Belarusda miqrantları daşıyan azərbaycanlı tutulub – VİDEO

Belarusda miqrantları daşıyan azərbaycanlı tutulub


Belarusun xüsusi təyinatlı sərhəd xidməti əməkdaşları Volojinski rayonunun Rakov aqrar şəhərciyi yaxınlığında Avropa İttifaqına miqrant aparan beynəlxalq cinayətkar qrupun üzvlərini saxlayıblar.

Oxu.Az “Sovetskaya Belorussiya”-ya istinadla xəbər verir ki, qrupun təşkilatçısı 33 yaşlı Azərbaycan vətəndaşı olub.

Onunla bərabər Belarus vətəndaşı olan iki daşıyıcı və Rusiydan olan çeçen əsilli iki bələdçi tutulub. Saxlanılan şəxslər Belarus ərazisi ilə dövlət sərhədi istiqamətində sənədləri olmayan 11 Vyetnam vətəndaşı aparırmışlar.

Hazırda təşkilatçı, vasitəçi və bələdçilərə qarşı Belarus Cinayət Məcəlləsinin “Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq qanunsuz miqrasiya təşkil etmək” maddəsi üzrə cinayət işi açılıb.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *