Bakıda oğul atasını qətlə yetirib, meyitini yandırdı
Bakıda oğul atasını bıçaqlayaraq qətlə yetirib, sonra meyitini yandırıb.
AzNews.info Report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Zirə qəsəbəsində baş verib.
Qəsəbədə yaşayan Azər Əliyev adlı şəxsə məxsus ev yanıb. Həmin evdə onun qardaşı, 1961-ci il təvəllüdlü İbrahim Əliyevin meyiti aşkarlanıb. Araşdırma zamanı İ.Əliyevin yanmazdan əvvəl bıçaqlandığı məlum olub. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun oğlu 21 yaşlı Elməddin Əliyev, həmçinin 42 yaşlı Vəlican Dadaşov və 26 yaşlı Nəcməddin Vəliyev tutulub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Mənbə:> Report