Zaqatalada 78 yaşlı kişi baltalandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Zaqatalada 78 yaşlı kişi baltalandı

Zaqatalada 78 yaşlı kişi baltalandı

Zaqatalada qətl hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə iyunun 23-də rayonun Əliabad qəsəbəsində baş verib.

Rayonun Əliabad qəsəbə sakini, 1938-ci il təvəllüdlü Kərim Məhərrəm oğlu İmranovla birgə yaşadığı oğlu, 1965-ci il təvəllüdlü Zahir arasında mübahisə yaranıb.

Mübahisə daha sonra qızışaraq davaya çevrilib. Öncə 78 yaşlı ata oğluna balta ilə bir neçə zərbə vurub. Daha sonra oğul baltanı atasından alaraq onun baş nahiyəsinin arxa hissəsinə vuraraq qətlə yetiriməkdə şübhəli bilinir.

Z.İmranov tutularaq istintaqa təhvil verilib. İlkin araşdırma zamanı məlum olub ki, ata oğlunu evdən çıxarmaq istəyib. Onların arasında mübahisə də elə bu səbəbdən baş verib.
Məlumatda bildirilir ki, Z.İmranov əsəb xəstəliyindən əziyyət çəkir.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *