Azərbaycanlı Rusiyadan yarım milyondan çox pul çıxarmaq istədi » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Azərbaycanlı Rusiyadan yarım milyondan çox pul çıxarmaq istədi

Azərbaycanlı Rusiyadan yarım milyondan çox pul çıxarmaq istədi

Surqutdan Bakıya uçan Azərbaycan vətəndaşı yarım milyondan çox rublu və 4 min 500 dolları qanunsuz yolla Rusiyadan çıxarmaq istəyib.

Virtualaz.org bildirir ki, xəbəri Rusiya telekanalı SITV.ru yayıb.

İnformasiyaya əsasən, həmin sərnişin gömrüyü keçmək üçün "yaşıl dəhliz"i seçib. Ancaq Avrasiya İqtisadi İttifaqının qaydalarına əsasən, bu yolla sərhədi yalnız on min dollar məbləğlə keçmək olar. Başqa hallarda nağd vəsaitlər mütləq deklarasiyada yazılı surətdə göstərilməlidir.

Hazırda həmin sərnişin barəsində inzibati qanun pozuntusu üzrə iş qaldırılıb. Ona deklarasiyada göstərilməyən vəsaitin ikiqat məbləği həcmində cərimə, ya da valyutanın müsadirəsi cəzası kəsilə bilər.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *