Azərbaycan hərəsi az qala yarım milyon dollara olan avtobuslar alıb
Bu ilin I yarısında Azərbaycan xaricdən $147,9 mln-a (gömrük rüsumu və vergi nəzərə alınmadan) 590 ədəd sərnişin avtobusu alıb. Avtobuslar əsasən Almaniyadan idxal olunub.
Dövlətstatkomda Turan-a bildiriblər ki, Almaniyada ümumi gömrük qiyməti $70,9 mln olan 268 avtobus sifariş verilib. Bir avtobus $264,8 minə başa gəlib.
Ən bahalı avtobuslar İsveçrə istehsalıdır – $480 212. Bu ölkədən 5 avtobus alınıb. Bu il Fransada Azərbaycana ixrac üçün 192 avtobus istehsal edilib. İVECO markalı avtobusların biri $317 426-dır.
Çexiya Azərbaycana 30 avtobus satıb. Onların biri orta hesabla $265 466-dır.
Qeyd edək ki, bu ilin I yarısında Rusiyadan (11 ədəd, ümumi qiymət $441 min), Türkiyədən ($46, $2 mln 925 min) və Koreyadan (32, $2 154 min) da avtobus alınıb.
Mənbə:> turan