Peterburqda fahişələrə hücum edən azərbaycanlılar məhkəmə qarşısında » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Peterburqda fahişələrə hücum edən azərbaycanlılar məhkəmə qarşısında

Peterburqda fahişələrə hücum edən azərbaycanlılar məhkəmə qarşısında


Peterburqun Petroqrad rayon məhkəməsi əxlaqsızlıq yuvalarına olan hücumlara dair cinayət işlərinə baxacaq.

Məhkumlar skamyasında üç nəfər – Rüstəm Abakarov (Dağıstan), Fariz İsmayılzadə və Sehran İsmayılov (hər ikisi Azərbaycandan) oturacaqlar. Onlara Rusiya Federasiyası CM-nin 162-ci maddəsinin 3-cü bəndi tətbiq ediləcək.

Şəhər prokurorluğundan verilən məlumata əsasən cinayətlər 2014-cü ilin fevral ayının 9-dan 16-na qədər törədilib.

Hücuma şəhərin Krasnoqvardeyski, Viborqski və Petroqradski rayonlarında fəaliyyət göstərən intim-salonlar məruz qalıb. Cinayətkarlar qızları hədələyərək, mobil telefonlarını və digər rəqəmsal texnikanı oğurlayıblar.

Cinayət hadisəsindən biri 9 fevralda baş verib. Gecə cinayətkarlar özlərini müştəri kimi qələmə verərək Krasnoqvardeyski rayonunda 8 qız olan mənzilə daxil olublar. Buradan 50 min rubl oğurlayıblar. Həmin gün qarətçilər eyni mənzilə gələrək buradan daha 10 min rubl, eləcə də mobil telefon və planşet oğurlayıblar.

“Qarəti törətdikdən sonra, cinayətkarlar hadisə yerindən qaçıblar, oğurladıqlarını istədikləri kimi bölüşdürüblər”, - şəhər prokurorluğundan əlavə ediblər.

Qeyd edək ki, aparılan araşdırma zamanı qızlar da istintaqın diqqətini çəkiblər. Belə ki, mənzilin sahibələri əxlaqsızlıq yuvasının təşkilinə görə məsuliyyətə cəlb edilə bilərlər – hal-hazırda yoxlama aparılır.

Ümumi zərər 150 000 rublu ötüb.

Cinayətkarlara qəti imkan tədbiri tətbiq edilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *