Erməni yazar Türkiyədə həbsxanadan qaçdı
Türkiyədə erməni əsilli tanınmış yazar Sevan Nişanyan həbsxanadan qaçıb.
Azvision.az xəbər verir ki, Nişanyan ölkədən də çıxıb və onun harada olduğu bilinmir.
Nişanyan ölkədən qaçması barədə "Tvitter" hesabında yazıb: "Quş uçdu, gerisi 80 milyonun başına".
Doğan Xəbər Agentliyinin əməkdaşına açıqlama verən Nişanyan həbsxanada olmadığını etiraf edib: "Artıq həbsxanada deyilən. Ora qayıtmadığı da düşünmürəm"
Hazırda harada olması ilə bağlı suala erməni yazar "harada olduğumu özüm də bilmirəm" deyə cavab verib.
Mənbə:> Virtualaz.org