Ağır cinayət törədən “Pulya Nəriman” saxlanılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Ağır cinayət törədən “Pulya Nəriman” saxlanılıb

Ağır cinayət törədən “Pulya Nəriman” saxlanılıb

Cinayətkar aləmdə “Pulya Nəriman” kimi tanınan şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Report-un məlumatına görə, doqquz il əvvəl Lənkəranda törədilən qətl hadisəsinə görə axtarışda olan 56 yaşlı Lənkəran şəhər sakini, Fətullayev Nəriman Sabir oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı qaçmağa cəhd edən N.Fətullayev ayağından xəsarət alıb. Qeyd edək ki, ağır cinayətlər törətdiyinə görə dəfələrlə məhkumluq həyatı yaşamış N.Fətullayev 2008-ci ildə Lənkəran şəhəri Mirzə Məhəmmədhüseyn Axund küçəsində yerləşən və rayonda “Zərgər Şükür”ün evi adlandırılan mənzilə basqın edib.

N.Fətullayev basqın zamanı mərhumun oğlu, Şükürov Şahin Şükür oğlunu qətlə yetirib, onun həyat yoldaşı Əzizə Şükürovaya isə sonradan ölümlə nəticələnən ağır bədən xəsarətləri yetirib. Uzun müddət bağlı qalan bu cinayət işi müddətində N.Fətullayev başqa cinayət əməlinə - silah ticarətinə görə 4 il azadlıqdan məhrum edilib.

Həbsdən azad olunandan sonra Rusiya Federasiyasında yaşayan N.Fətullayev barəsində şübhələr olduğundan onun istintaqa cəlb olunması üçün barəsində axtarış elan edilib. N.Fətullayev Lənkəranda həyata keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə təhvil verilib.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *