Azərbaycan diasporu rəhbərinin qatili Lənkəranda tutuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Azərbaycan diasporu rəhbərinin qatili Lənkəranda tutuldu

Azərbaycan diasporu rəhbərinin qatili Lənkəranda tutuldu


Ukraynada axtarışda olan şəxs tutulub.

Oxu.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ukrayna Cinayət Məcəlləsinin 187-ci maddəsi (quldurluq) ilə axtarışda olan İlham Məmmədov tutulub.

Qeyd edək ki, bir müddət əvvəl Ukraynanın Xerson vilayəti üzrə Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı İlham Tağıyevin qətlində təqsirləndirilən İlham Məmmədov beynəlxalq axtarışa verilib.

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 1973-cü il təvəllüdlü İlham Məmmədov mütəşəkkil dəstə tərəfindən törədilən oğurluq və digər ağır cinayətlərdə təqsirləndirilir. O, Ukraynadan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Xatırladaq ki, bu il avqust 17-də İlham Tağıyev evinin qarşısında döyülərək qətlə yetirilib. Onun qətlində iştirak edən dəstənin üzvləri, 1992-ci ildə Luqanskda doğulmuş Allahverdiyev Naim Balakişi oğlu, milliyyətcə erməni olan Sergey Karapetyan və Xaçik Montiyan milis tərəfindən saxlanılıblar. Lakin dəstənin digər üzvü, 1973-cü il təvəllüdlü Məmmədov İlham Qalib oğlu ölkədən qaçıb. Onun İranda gizləndiyi ehtimal olunurdu.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *