İŞİD-in baş cəlladı öldürüldü
İraqda naməlum şəxslər “İslam dövləti” terror təşkilatının baş cəlladını öldürüblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “The Daily Mail” nəşri İraq xəbər agentliklərinə istinadən məlumat yayıb.
“Yanvarın 29-da bir qrup silahlı şəxs İŞİD-in ən məşhur cəlladı Əbu Səyyafı qətlə yetirib. Onu Mosulun qərbində Əl-Davas rayonunda pusquya salıblar. Əbu Səyyafa bir neçə bıçaq zərbəsi endirilib və o hadisə yerində keçinib”, - hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Qeyd olunur ki, Əbu Səyyaf İŞİD-in Naynava vilayətinin rəhbəri olub və bu vaxta qədər 100-dən çox insanın başını kəsib. Öz qurbanlarının başlarını kolleksiya edən terrorçu İŞİD-in təbliğat xarakterli videolarında da bir neçə dəfə görüntülənib.
Mənbə:> Oxu.Az