Şok! 3 yaşlı İŞİD cəlladı baş kəsir – VİDEO+FOTO
Daima qeyri-adi əmirləri qadağalar və edam formaları ilə gündəmə gələn İŞİD terror qruplaşmasının üzvüləri sosial şəbəkələrdə yeni bir video paylaşıb.
ANS PRESS-in məlumatına görə, videoda təxminən 3 yaşında bir uşaq əlində bıçaqla bir gəlinciyin başını kəsir.
Uşaq xüsusi geyimi və qruplaşmanın ən qeyri-adi edamlarını həyata keçirən "Cihadçı John" ləqəbli terrorçu kimi əlinin göyə qaldıraraq qələbə işarəsi verməsi diqqət çəkib.
Videoda görünməyən bir neçə silahlının uşağın gəlinciyin başını kəsdiyi zaman “Təkbir” gətirdiyi eşidililir.
İŞİD-in "kiçik baş kəsəni"
Bundan əvvəldə İŞİD terror qruplaşması tərəfindən qurulan məktəblərdə uşaqlara zorla baş kəsmə görüntüləri və işgəncə təbiq etmə üsulları göstərilirdi. Uşaq yaşlarından "cihad" ideologiyası ilə böyüyən həmin “qurbanlar” sonradan terrorçu qruplaşmanın silahlısı olaraq fəaliyyət göstərmək üçün yetişdirilir.
Qruplaşmada "baş kəsən" digər uşaq
Bu cür və özlərinə sərf edən informasiyalarla uşaqların beyinlərini dolduran terrorçular, beləcə uşaqları öz aralarına daxil edirlər.
İŞİD bir müddət bundan əvvəl yaydığı videoda isə bir uşağın Suriya əsgərinin başını necə kəsdiyi açıq-aydın görmək olur.
Mənbə:> ANSPRESS