Ara qarışdı, 13 cinayətkar qaçdı
Ukraynada baş verən qarşıdurmalar həbsxanalara da təsir edib. ANS PRESS-in məlumatına görə, Luqansk vilayətinin Çenuxa qəsəbəsindəki ciddi rejimli kolonyadan 13 təhlükəli məhbus qaça bilib.
Məhbuslar atışmalardan istifadə edərək qaça biliblər.
Onlar 4-12 il arası azadlıqdan məhrum edilənlər olub. Qaçan məhbusların arasında olan 2 nəfər qətldə, 7-i isə soyğunçuluqda ittiham edilirdi.
"İnterfaks"ın məlumatına görə, bu atışma zamanı məhbusların qaçması ilə bağlı ilk hal deyil. Ancaq 2014-cü ilin sonlarında 3 anoloji hadisə qeydə alınıb.
Onlardan ancaq iki nəfəri saxlamaq mümkün olub.
Mənbə:> ANSPRESS