Ata qızını bir tikə kababa görə öldürdü
Xatırladaq ki, avqustun 6-da şəhər ətrafında 5 il bundan öncə Çernikovlar ailəsi tərəfindən övladlığa götürlümüş 6 yaşlı Veronikanın itdiyi barədə məlumat yayılmışdı. Qızı polislər və könüllülər axtarırdılar.
Oxu.Az kp.ru-ya istinadən xəbər verir ki, iki gün sonra uşağın valideynləri Roman və Tatyana gözlənilmədən qaçıblar. Yalnız səhərisi gün onları qonşu rayonda qəbiristanlıqda saxlayıblar.
Hər ikisi qəbul etdiklər spirtli içkidən huşsuz vəziyyətdə olublar. Onlarla bərabər Tatyananın anası Yelena Zubarevanı da saxlayıblar, nənə uşağın sağ olmadığnı artıq dörd ay idi ki bilirdi, amma bu barədə heç bir yerə xəbər verməmişdi.
İlkin dindirilmədə Roman uşağın hələ aprel ayında çimərkən vannada boğulduğunu bildirmişdi. Amma bu gün yeni açıqlama verərək qətli etiraf edib.
“KP” mənbəsinin sözlərinə görə, həmin aprel günündə Çernikov sərxoş olub.
“Onun sözlərinə görə, masada kabab olub, - həmsöhbət deyib. – Veronika icazəsiz bir tikə ət götürüb, ağzına qoyub və çeynəməyə başlayıb. Uşağın ondan icazə istəməməsi Romanı əsəbiləşdirib. O, Veronikanın başından tutaraq silkələyib. Ət qızın boğazında qalıb və boğulmağa başlayıb. Roman uşağın üzünə şillə vursa da, bu, kömək olmayıb.
Nənə onların yanına gəldikdə, o, artıq uşağın üzünə şillə vuraraq, su səpərək onu özünə gətirməyə çalışırdı. Çernikov “özünə gəl, daha sənə toxunmayacam!” deyə qışqırırdı.
Qız hadisə yerində öıüb. Çernikovlar nə təcili tibbi yardıma, nə də polisə zəng etməyiblər.
Veronikanın cəsədindən yaxa qutramağa çalışan “ata” onu balta ilə parçalara ayırıb. Kriminalistlər evdə, tövlədə və evin ətrafında 30-dan çox qan ləkəsi aşkar ediblər.
Cəsədin hissələrini Roman və Tatyana şəhərdən kənara çıxararaq yandırıblar.
Balaca Nikanın itməsi barədə xəbər verməyi də Çernikov düşünüb. O bilirdi ki, onların çoxuşaqlı ailəsinə avqustda himayədarlıq orqanlarının nümayəndələri yoxlamağa gələcəklər. O bəyan edib ki, uşaq icazəsiz həyətdən çıxıb gedib...
Roman Çernikovun ifadəsini onun arvadı və qayınanası artıq təsdiqləyib. Bu gün hər üçünün həbs ediləcəyi gözlənilir.
Mənbə:> Oxu.Az