Bryanskda azərbaycanlı mənzildən 2500 dollar oğurladı
Bryanskda təxminən bir ay əvvəl 26 yaşlı Azərbaycan vətəndaşı Stank-Dimitrov prospektində yerləşən mənzili qarət edib, Oxu.Az rusiya KİV-nə istinadən xəbər verir.
Azərbaycanlı mənzildən 160 min rublluq (2500 dollarlıq) pul, noutbuk və zinət əşyaları çıxarıb. Bu yaxınlarda polis qarətçinin kimliyini müəyyənləşdirərərk, yaxalaya bilib.
Məlum olub ki, xarici vətəndaşın boynunda daha iki qarət var. O, ötən ilin noyabrında kafedə ofisiant işləyərkən, müştərinin noutbukunu oğurlayıbmış.
Bir aydan sonra isə kafenin daha bir müştərisinin mobil telefonunu oğurlayıbmış.
O, 6 il müddətinə azadlıqdan məhrum ola bilər.
Mənbə:> Oxu.Az